Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 00:42

Azərbaycan "Doing Business-2012"də 3 pillə irəliləyib, 66-cıdır


Sinqapur biznes mühiti ən əlverişli olan ölkədir. Dünya Bankının gəldiyi nəticə belədir. Dünya Bankı 183 ölkənin biznes mühiti üzrə növbəti "Doing Business-2012" cədvəlini açıqlayıb.

İlk beşlikdə Honkonq, Yeni Zelandiya, ABŞ və Danimarka yer alıb.

Azərbaycan isə ötən illə müqayisədə siyahıda 3 pillə irəliləyib, biznes mühiti üzrə 183 ölkə arasında 66-cı yerdədir.

Hesabatda ölkələrin biznes mühitinin əlverişliliyi 11 müxtəlif göstəriciyə əsasən müəyyənləşdirilir. Göstəricilər arasında müəssisələrin yaradılması, kreditlərin əldə edilməsi, investorların müdafiəsi, vergi sistemi və digərləri var.

Reytinq cədvəlində ən sonuncu yerdə Çad ölkəsidir.

"Doing Business" cədvəli artıq doqquzuncu ildir ki tərtib olunur.
XS
SM
MD
LG