Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Müxalifətin aclıq aksiyası davam edir


Müxalifətçilərin aclıq aksiyası artıq 6-cı gündür ki, davam edir.
Aksiya oktyabrın 14-dən «Bütün siyasi məhbuslara azadlıq!» tələbi ilə keçirilir.

Hazırda 8 müxalifət fəalı aclıq edir.

İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 müxalifətçi 1 ildən 3 ilədək azadlıqdan məhrum edilib. Aclıq aksiyası keçirənlər bu məhbuslarla yanaşı, həm də Ruslan Bəşirli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin azad olunmasını da tələb edirlər.

Keçmişdə də müxalifətçilərin və jurnalistlərin oxşar aksiyaları olub. Lakin bir qayda olaraq rəsmi dairələr bu cür aksiyalara əhəmiyyət verməyiblər.
XS
SM
MD
LG