Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

Afinada polislə nümayişçilər toqquşub


Yunanıstanın paytaxtı Afinada hökumətin iqtisadi tədbirlər planına qarşı çıxan nümayişçilərlə polis arasında toqquşma olub.

Nümayişçilər polisi daşa basıb, yandırıcı butulkalar atıblar.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Parlament binasının qarşısına 70 minə yaxın adam yığışıb.

Həmçinin ölkədə 48 saatlıq tətil elan edilib.

Sabah ölkə parlamentində müzakirə olunacaq qanun layihəsində dövlət sektoru hesabına sosial proqramların ixtisarı və vergilərin artırılması nəzərdə tutulur.
XS
SM
MD
LG