NATO-nun baş katibi Anders Fogh Rasmussen kürd yaraqlılarının Türkiyənin cənub-şərqində törətdikləri hücumları kəskin ittiham edib.
Rasmussen terrorçuluqla mübarizədə müttəfiqlərin Türkiyə ilə həmrəy olduqlarını bildirib, ölənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.
Hakkari əyalətində törədilmiş bir neçə hücum nəticəsində azı 26 Türkiyə əsgəri həlak olub, 16-sı isə yaralanıb.
Həmçinin cavab əməliyyatı zamanı 15 yaraqlı öldürülüb.
Yaraqlıları təqib edən Türkiyə hərbçiləri İraq ərazisinə giriblər.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Qazaxıstana nəzərdə tutulmuş səfərini təxirə salıb.