Keçid linkləri

Təcili xəbərlər
2023, 21 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Aclıq aksiyasına daha 2 nəfər qoşulub


Aclıq aksiyası
Oktyabrın 19-da ölkədəki siyasi məhbusların azad olunması tələbi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyasına daha iki nəfər qoşulub.

Onlar 2 aprel aksiyaçılarından Babək Həsənovun və Arif Alışlının ailə üzvləridir. Səhhətindəki problemlərə görə 3 nəfər aksiyanı dayandırıb. Hazırda aclığı 5 nəfər davam etdirir.

Aksiya iştirakçılarından biri, AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, aksiya uzunmüddətli olacaq:

«Çünki hakimiyyət strukturlarından hər hansı bir reaksiya yoxdur. Ölkə vətəndaşının son addım kimi atdığı bu addıma laqeydlik göstərirlər. Biz də bu ölkənin vətəndaşıyıq. Niyə bu addıma əl atmışıq? Münasibət olmalıdır. Ona görə aksiya uzunmüddətli olacaq».

Aclıq aksiyası oktyabrın 14-də başlanıb.

Aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə 1-i şərti həbs cəzası almaqla 14 aksiyaçı 3 ilə qədər azadlıqdan məhrum edilib. Onlar ictimai asayişin pozulmasında, polisə müqavimətdə, başqasının əmlakına zərər vurmaqda ittiham olunurlar.

Hüquq müdafiəçiləri isə bildirir ki, onlar siyasi motivlərlə həbs olunublar.
XS
SM
MD
LG