Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:27

2 aprel məhbusunun cəzası azaldıldı


Bakı Apellyasiya Məhkəməsində 2 aprel məhbusları - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov, Müsavat fəalı Elşən Həsənovun şikayətinə baxılıb.

“Turan”ın məlumatına görə, oktyabrın 18-də məhkəmə xəstəliyini nəzərə alaraq Elşən Həsənovun cəzasını 1 il azaldıb. Sahib Kərimov və Zülfüqar Eyvazlının üzərindən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə ittihamı götürülüb. Məhkəmənin qərarı ilə Elnur İsrəfilov və Arif Alışlı dəymiş ziyana görə 1325 manat cərimələniblər.

Avqustun 25-də Səbail Rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrəfilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirib. Aksiya ilə bağlı 13 nəfər barəsində həbs qərarı verilib. Onlar 1 ildən 3 ilə qədər azadlıqdan məhrum olunublar. Beynəlxalq təşkilatlar bu qərarı pisləyən bəyanatlar veriblər.
XS
SM
MD
LG