Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Əli Kərimlidən İlham Əliyevə məsləhət, Yaşmanın göz yaşları...


Foto: Arxiv
Foto: Arxiv
«ƏLİ KƏRİMLİ İLHAM ƏLİYEVƏ MƏSLƏHƏT VERDİ»

«Azadlıq» qəzetində AXCP sədri Əli Kərimli ilə müsahibə dərc olunub. Əli Kərimli İlham Əliyevin «Al-Jazeera» televiziyasına müsahibəsində səsləndirdiyi fikrinə münasibət bildirib.

Əli Kərimli deyib ki, İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürüməsinə haqqı yoxdur:

«Ümumi qaydadır ki, hər bir şəxsə dövlət başçısı postunda olmağa iki dəfə imkan yaradılır. Bütün dünya bu hüquqdan istifadə edir. İndi bu ölkənin parlamenti İlham Əliyevin əlindədirsə və o, istədiyini parlamentə diktə edə bilirsə, seçki komissiyaları onun nəzarətindədirsə, bu o demək deyil ki, o, Konstitusiyanın başına istədiyi oyunu açaraq, əbədi hakimiyyətdə qala bilər. Əvvəla, o, üçüncü dəfə prezidentliyə namizəd olması üçün hüquqi əsas yaradıbsa belə, bu, saxta hüquqi əsasdır. Onun namizəd olmağa haqqı yoxdur. Heç bu barədə düşünməsin…».

«MÜSTƏQİL AZƏRBAYCANIN İNKİŞAFI HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR»

«Yeni Azərbaycan» qəzeti Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası və Nərimanov rayon İcra Hakimiyyətinin bayram tədbirindən ​
Heydər Əliyev
Heydər Əliyev
yazıb.

«Bayram tədbirində Azərbaycanın 20 il ərzində keçdiyi yol haqqında məlumatlar verilib və bu dövrdə əldə olunan nailiyyətlər, qazanılan uğurlar haqda fikirlər səsləndirilib. Qeyd olunub ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, ilk illərdə ölkədə gərginlik hökm sürüb, iqtisadiyyat zəifləyib, həmçinin əhalinin sosial rifahı aşağı səviyyədə olub. Bildirilib ki, belə bir məqamda yeganə çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan xalqının böyük oğlu 1993-cü ilin iyun ayında Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bayram tədbirində xüsusi olaraq qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir…».

«MƏN MÜSTƏQİLLİYİMİZƏ QARŞI ÇIXMAMIŞAM»

Milli Məclisin komitə sədri Arif Rəhimzadə «Bizim yol» qəzetinə müsahibəsində onun barəsində yayılan məlumatlara münasibət bildirib:

Arif Rəhimzadə
Arif Rəhimzadə
«Mən Azərbaycanın müstəqilliyinə qarşı çıxmamışam. 1991-ci ildə martın 7-də söhbət gedirdi ki, Azərbaycanın sovetlər birliyində qalıb-qalmamasını Ali Sovet yoxsa, referendum həll etsin. Mən də Ali Sovetin dərrakəsinə inanmırdım. Çünki, bu cür taleyüklü məsələnin cavabını xalq verməlidir. Heydər Əliyev kimi şəxsiyyətə Ali Sovet pis münasibət göstərəndə mənim inamım qalmadı. Ona görə mövqeyim belə oldu ki, Azərbaycanın Sovetlər Birliyində qalıb-qalmamasını Ali Sovet deyil, xalq həll müəyyən etməlidir…».

YAŞMANIN GÖZ YAŞLARI

«Yeni Müsavat» qəzeti yazır ki, Sumqayıt yaxınlığındakı Yaşma qəsəbəsində 300-ə yaxın ev və bağ uçurdulub. Bəzi vətəndaşların hasarları sökülsə də, onlar evlərinin sökülməsinə imkan verməyiblər. Sökülən evlərin əksəriyyətinin isə sənədi var. Oktyabrın 15-də isə 100-ə yaxın şəxs üzləşdikləri qanunsuzluqlarla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG