Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:51

Əhmədinejad ABŞ-ın sui-qəsd iddilarını yalan adlandırır


İran prezidenti Əhmədinejad deyib ki, İranın ABŞ-da Səudiyyə Ərəbistanı səfirinə sui-qəsd planlaşdırması iddiaları 2003-cü ildə İraqın kütləvi qırğın silahının olması iddiaları kimi yalandır.

Əl Cəzirə televiziyasına müsahibəsində İran prezidenti deyib ki, Vaşinqton İranın sui-qəsd cəhdini özü quraşdırıb ki, İranla Səudiyyə Ərəbistanının arasını vursun və Körfəzdə aparıcı rol oynasın.

Bu sui-qəsd cəhdi ilə bağlı bir iranlı-amerikalı ABŞ-da həbsxanadadır, digər ittiham olunan isə İranın İnqilabi Qvardiyasının yüksık rütbəli rəsmisidir.

Əhmədinejad deyib ki, İran ABŞ-ın ittihamlarını araşdırmaycaq.
XS
SM
MD
LG