Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:38

Avropa Birliyi Ukrayna prezidentinin səfərini təxirə saldı


Avropa Birliyi Ukrayna prezidenti Yanukoviçin səfərini təxirə salıb. Buna səbəb keçmiş baş nazir Timoşenkonun məhkum olunmasıdır.

Avropa Birliyinin xarici əlaqələr rəhbərinin sözçüsü Maja Kocijancic deyib ki, “səfər ikitərəfli əlaqələri inkişaf etdirmək üçün daha yaxşı şərait olanda” baş tuta bilər.

Yanukoviç oktyabrın 20-də AB prezidenti Van Rompuy və Avropa Komissiyasının sədri Barroso ilə görüşməli idi.
XS
SM
MD
LG