Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:42

Rusiya Ukraynaya ucuz qaz təklif edə bilər


Ukrayna prezidenti Viktor Yanukovic və Rusiya prezidenti Dmitri Medvedev bu gün Kiyevdə enerji məsələləri ilə bağlı müzakirə aparacaq.

Gözlənir ki, əgər Ukrayna yaxın əməkdaşlığa razılaşsa, Medvedev Ukraynaya ucuz qaz təchizatı təklif etsin.

Kiyev əvvəllər Rusiyanın təzyiqlərinə müqavimət göstərmiş, Avropa Birliyi ilə əlaqələri gücləndirməyə üstünlük vermişdi.

Amma ötən həftə Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun 7 illik həbsi Kiyev və Brüssel arasındakı münasibətlərə mənfi təsir göstərib.

Avropa Birliyi rəsmiləri bəyan ediblər ki, Kiyev qurumla əlaqələrini təhlükə altında qoyub.

Bu xəbərdarlığa baxmayaraq, Timoşenkoya israfçılıqla bağlı yeni tədqiqat başlayıb
XS
SM
MD
LG