Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib.
Medal bürüncdən hazırlanıb.
Bayram ərəfəsində xatirə medalı ABŞ-ın bir sıra ictimai xadiminə təqdim olunub.
Onların sırasında ABŞ prezidentlərinin milli təhlükəsizlik üzrə sabiq müşavirləri Zbiqnev Bjezinski (Zbigniew Brzezinski), Brent Skaukraft (Brent Scowcroft) və ABŞ Dövlət katibinin sabiq birinci müavini Riçard Armitac (Richard Armitage) da var.
Səfirliyin bəyanatında deyilir ki, onlar Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xüsusi töhfələr verib və Azərbaycana öz dəstəklərini heç zaman əsirgəməyiblər.