Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

İlham Əliyev və Lalə Şövkət müstəqillik barədə...


Mətbuat icmalı
Mətbuat icmalı
Oktyabrın 18-i tarixində çıxmış qəzetlərdə ən çox Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar yazılan məqalələr yer tutur.

«Azərbaycan» qəzeti «Buta» sarayında dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda prezident İLHAM ƏLİYEVİN ÇIXIŞInı dərc edib:

«Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyllərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi…».

«Azadlıq» qəzeti isə Azərbaycan Liberal Partiyasının lideri LALƏ ŞÖVKƏTİN TƏBRİK MƏQALƏSİni yayıb:

«...Təəssüf ki, bu 20 ildə biz zamanın çağırışlarına adekvat cavab verə bilmədik - azad, demokratik, sivil ölkə qura bilmədik. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan qeyri-azad avtoritar ölkələr sırasındadır. Siyasi məkanda institusional heç bir sistem yaranmadı.
Lalə Şövkət
Lalə Şövkət
Seçkilər daim saxtalaşdırıldı, müxalifət partiyalarının fəaliyyəti demək olar ki, qadağan edildi, sovetsayağı birpartiyalı parlament yaradıldı, rəqabət üçün heç bir şərait nəinki yaradılmadı, əksinə sıfıra endirildi. İqtidar qəsdən xalqı «özününkülərə» və «özgələrə» böldü, «cəmiyyətdaxili aparteid» yaratdı. Təəssüf ki, bu illərdə günbəgün artan sistemli korrupsiya artıq dövlət ideologiyasına çevrildi. Yuxarıdan aşağı bütün dövlət strukturlarını bürümüş korrupsiya, rüşvətxorluq milyardlarla manat dövlət əmlakının talanması və büdcədən gizlədilməsi dövlətin iqtisadi kursuna çevrildi», - deyə Lalə Şövkət müasir Azərbaycan barədə fikirlərini paylaşır.

«ELÇİBƏYİN 50 TƏLƏBƏSİ»

«Yeni Müsavat» qəzeti 20 il öncə təhsil üçün Türkiyəyə yollanan ilk tələbə qrupundan yazır.

«Biz burdan gedəndə məqsəd o idi ki, təhsil alacağıq və sonra qayıdıb milli kadrlar kimi ölkədə fəaliyyət göstərəcəyik. Amma AXC-yə hansı münasibət göstərildisə, onların oxutduğu tələbələrə də həmin münasibət göstərildi. Biz bu hakimiyyət üçün ögey övladlar olduq. Həmin 50 nəfərdən heç biri hazırda dövlət məmuru kimi fəaliyyət göstərmir. Hər kəs öz qabiliyyəti, fərdi təşəbbüsləri ilə müəyyən mövqe qazanıb. Dövlət bizim olsa da, hakimiyyət bizi qəbul etməyib. Biz Azərbaycanda belə cəmiyyət arzu etmirdik. Başqa dəyərlər uğrunda vuruşmuşduq», - deyə Aqil Səmədbəyli qəzetə danışır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG