Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

İsrail həbsdəki fələstinlilərin bəzisini buraxmağa başlayıb


Bir İsrail əsgərinin əsirlikdən azad edilməsi müqabilində artıq yüzlərlə fələstinli azad edilib.

İsrail əsgəri Gillad Shalit 2006-cı ildə Həmas tərəfindən əsir alınıb.

Ötən həftə Həmas və İsaril hökuməti arasında razılaşma əldə olunub ki, əsgərin azad edilməsi müqabilində İsrail həbsxanasında saxlanan mindən çox fələstinli sərbəst buraxılsın.

Razılaşmaya görə, ilk öncə 500-ə yaxın fələstinli buraxılıb, bundan sonra İsrailli əsgər azad ediləcək, sonrakı iki ay ərzində isə yerdə qalan sərbəst buraxılacaq.

Həmas rəsmiləri bildiriblər ki, artıq İsrail əsgəri Gillad Shalit Misirə göndərilib. İsrail hələlik Gillad Shalitin Misir rəsmilərinə təhvil verildiyini təsdiqləməyib.
XS
SM
MD
LG