İordaniya Kralı II Abdullah keçmiş beynəlxalq hakimi Baş nazir vəzifəsinə təyin edib. Kral fərmanında deyilir ki, Beynəlxalq Tribunalın Keçmiş hakimi, 61 yaşlı Awn al-Khasawneh istefa verən Maruf al-Bakhiti əvəzləyəcək.
Parlamentdəki 120 deputatdan 70-i baş naziri istefaya çağırandan sonra, oktyabrın 17-də Al Bakhit vəzifədən getdiyini bildirmişdi. O, ölkədəki siyasi islahatların əleyhdarı kimi tanınırdı. 2005-2007-ci illərdə isə dövlət əmlakını mənimsəməsi ilə bağlı iddialar var idi.