Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 13:48

BMT Baş katibi avropadakı etirazçıların səsini eşitməyə çağırır


London, Frankfurt və Amsterdamda yüzlərlə etirazçı küçələrdə çadırlar qurub oturaq aksiyalara başladıqlarını bildiriblər. Hər 3 şəhərin maliyyə mərkəzi yaxınlığında toplanan etirazçılar ABŞ-da 80 şəhərdə keçirilən “Wall Street-i tutaq” akisyalarına dəstək verdiklərini bildirirlər.

Şənbə günü Romada keçirilən oxşar aksiyanın sonunda yüzlərlə etirazçı banklara hücum edib, şüşələri sındırıb və maşınları yandırıblar. Polislə toqquşmalarda 135 nəfər yaralanıb. Yaralananların əksəriyyəti polislərdir.

BMT Baş katibi Ban Ki-moon bu gün siyasi liderlərə müraciət edərək, etirazçıların səsini eşitməyə çağırıb.
XS
SM
MD
LG