Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 19:00

Hər il sərhəddə 300-360 kiloqram narkotik saxlanır


Aydın Əliyev
Aydın Əliyev
Azərbaycan Dövlət Gömrük Komitəsi hər il orta hesabla 300-360 kiloqram narkotik vasitə müsadirə edir.

Bu barədə jurnalistlərə komitənin sədri Aydın Əliyev məlumat verib.

«Narahatedici fakt odur ki, müsadirə olunan narkotiklərin arasında heroin və metamfetaminin payı artır», - Əliyev deyib.

Oktyabrın 17-də Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Beynəlxalq Konfrans başlayıb. /Trend/

BMT: İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ NARKOTİK BECƏRİLİR

Azərbaycanın işğal olunmuş ərazilərində becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır.

Bu barədə jurnalistlərə BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin icraçı direktoru Yuri Fedotov bildirib.

O deyib ki, Əfqanıstanda tiryək istehsalı 61% artıb: «Azərbaycan və digər ölkələr ordan axına hazır olmalıdırlar».

Y.Fedotov qeyd edib ki, Əfqanıstanda əvvəllər narkotik istehsal etməyən vilayətlərin sayı 20 idisə, hazırda 17-yə düşüb:

«Rəsmi statistikaya görə, narkotik istehsalı Əfqanıstanda ÜDM-in 10%-ni təşkil edir». /apa/
XS
SM
MD
LG