Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

ABŞ və Avropada “Wall Streeti ələ keçir”in aksiyaları davam edir


ABŞ-da və Avropa ölkələrində “Wall Streeti ələ keçir” hərəkatına dəstək olanların aksiyaları davam edir.

London, Frankfurt, Amsterdamda yüzlərlə etirazçı maliyyə mərkəzləri ərazilərində çadırlar qurublar. New Yorkda isə artıq bir aya yaxındır ki, çadır düşərgəsi salınıb.

Şənbə günü dünyanın 80 - dən artıq ölkəsində “Wall Streeti ələ keçir” hərəkatına dəstək olaraq kütləvi aksiyalar keçirilib. Romada aksiyaçılarla polis arasında baş verən qarşıdurmalarda 130-dan artıq adam xəsarət alıb.

“Wall Streeti ələ keçir” hərəkatı iqtisadi böhran və hakimiyyətin maliyyə siyasətinə etiraz olaraq bir ay bundan əvvəl New Yorkda yaradılıb.
XS
SM
MD
LG