Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

İctimai Palata Fəxri və Şəhidlər Xiyabanını ziyarət edib


Oktyabrın 16-da müxalifət təşkilatlarının birləşdiyi İctimai Palata Fəxri və Şəhidlər Xiyabanını ziyarət etməklə Azərbaycan müstəqilliyinin 20-ci ildönümünü qeyd edib.

Fəxri xiyabanda eks-prezident, mərhum Əbülfəz Elçibəyin məzarı üzərində AXCP sədri Əli Kərimli bildirib ki, müstəqillik günü xalqın “mübarizə ilə, qanla yazdığı şərəfli tarixinin bir səhifəsidir. Məhz 20 il bundan öncə Əbülfəz Elçibəy Azərbaycan xalq hərəkatının banisi M.Əmin Rəsulzadənin qurduğu bu dövləti yenidən bərpa eləyə bildi. Yüz minlər iştirak edirdi bu mübarizədə. O vaxt kənardan durub müşahidə edənlər indi bu tarixi qaralamaq istəyirlər. Onlar istəyir ki, bizim gözümüzün qarşısında olmuş bu yaxın tarixi saxtlaşadırsınlar. Onlar utanmadan bəyan edirlər ki, guya Azərbaycan SSRİ-nin dağılması ilə avtomatik şəkildə müstəqilliyini əldə edib. Unutmasınlar ki, o şər imperiyası, xalqlar həbsxanasını dağıdan qüvvənin aparıcı hissəsi bu xalq olub”.

Fəxri xiyabandan sonra İctimai Palata üzvləri Şəhidlər Xiyabanına doğru yürüş ediblər. Əraziyə polis dolu maşın gətirilsə də, müxalifətin yürüşünə maneə yaradılmayıb. Səbael rayon polis idarəsinin rəhbərliyi AXCP sədri Əli Kərimli ilə danışandan sonra İctimai Palata üzvlərinin sərbəst hərəkəti üçün Fəxri xiyabandan Şəhidlər xiyabanına qədər olan ərazinin bir hissəsində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.
XS
SM
MD
LG