Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:03

Azərbaycanlı yazarlar “Hece” dərgisində


Türkiyədə yayınlanan “Hece” ədəbiyyat dərgisində növbəti dəfə “Çağdaş Azərbaycan öyküsü” rubrikası altında Azərbaycan yazıçılarının hekayələri dərc olunub.

Azad Yazarlar Ocağından Rasim Qaracanın “Sarı Seydan”, Seymur Baycanın “Dörd romantik hekayə”, Aqşinin “Aqanini Naqaniqi”, RafiqTağının “Qısa ailə xronologiyası: Xanhüseyin, Güllü, Sədəf, Alıhüseyin”, Murad Köhnəqalanın “Taksi” adlı hekayalələri Türkiyə türkcəsinə çevrilərək Hece dergisinin 46-cı Öykü antalogiyasında oxuculara təqdim edilib.

Hekayələri Ertuğrul Ertekin çevirib.

AYO-çularla yanaşı burada Telman Bayramoğlunun "Avropalı qız" və Jalənin "Əliş müəllimin yad edilməsi" hekayələri də dərc edilib.

"Hece" dərgisi bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzvü olan yazarların da hekayələrini çap edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG