Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 13:20

Meriya İctimai Palataya yox dedi


Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 18 oktyabra planlaşdırdığı bayram yürüşünə “yox” deyib. Müsavat Partiyasından verilən məlumata görə, meriyanın oktyabrın 14-də göndərdiyi cavab məktubunda qeyd olunub ki, İctimai Palatanın müraciətində göstərilən kücə və prospektlər nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərdir. Ona görə də yürüşün keçirilməsi mümkün deyil.

Oktyabrın 7-də İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək yürüş üçün metronun “28 May” stansiyasından “Azadlıq” meydanına, “Qarabağ” mehmanxanasının qarşısından “Nərimanov” metro stansiyasına, Bəhramgurun heykəlinin qarşısından Dövlət Bayrağı Meydanına və metronun “20 Yanvar” stansiyasından keçmiş Musabəyov parkınadək olan 4 istiqamətdən birini istəmişdi.

XS
SM
MD
LG