Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:35

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü keçirilə bilər


Bahar Muradova
Bahar Muradova
Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təklif edir.

Bunu ATƏT Parlament Assambleyasının payız sessiyasından qayıdan vitse-spiker Bahar Muradova deyib:

«Biz ATƏT PA-ya Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təşkil etməyi təklif etdik. Görüş Bakıda da keçirilə bilər. Niyə axı başqa yerlərdə olmalıdır».

Nümayəndə heyətinin digər üzvü, Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova isə bildirib ki, Qarabağın azərbaycanlı icması ilə müqayisədə erməni icması daha fəaldır:

«Dağlıq Qarabağın azərbaycanlı icması öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir. Onlar da ermənilər kimi, öz hüquqlarını müdafiə etməyi bacarmalıdırlar. Bu, çox vacib məsələdir. İndiki halda isə Dağlıq Qarabağın azərbaycanlı icması öz vəzifələrini dövlətin üzərinə qoyur».

R.Aslanovanın fikrincə, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişəyə münasibətləri birmənalı deyil:

«Onlar danışıqların nəticəsiz olmasının səbəbini sonadək demirlər. Yenə də «Madrid prinsipləri»ni əsas gətirməklə kifayətlənirlər. Sonda da məsələnin həllini tərəflərin üzərinə qoyub deyirlər ki, «biz sizin əvəzinizdən qərar qəbul edə bilmərik»».
XS
SM
MD
LG