Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 07:08

ABŞ hərbçilərinin böyük bir hissəsi gələn il də Əfqanıstanda qalacaq



ABŞ hərbçilərinin böyük bir hissəsi gələn il də Əfqanıstanda qalacaq. Bu haqda ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib.

Müdafiə naziri bildirib ki, bu il 10 min amerikalı hərbçi evinə dönəcək. 23 min hərbçi isə talibançılara qarşı hərbi əməliyyatlarda iştirakını gələn ildə davam etdirəcək.

Hazırda Əfqanıstanda ABŞ-ın 90 min hərbçisi var. NATO-nun planlarına görə, koalisiya qüvvələri 2014-cü ildə ölkəni tərk edəcək. Əfqan ordusuna təlim keçmək üçün bundan sonra da NATO qüvvələrinin müəyyən bir hissəsi Əfqanıstanda qalacaq.
XS
SM
MD
LG