Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:54

Suriyada daha 14 adam öldürülüb


Cümə axşamı Suriyada təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 14 adam ölüb.

Hüquq müdafiəçiləri ölkənin cənubundakı Haraa şəhərində 9, Biniş şəhərində isə 5 nəfərin öldürüldüyünü deyirlər.

Ölənlərdən 8-i hərbçi, qalanları isə mülki sakinlərdir.

Bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində azı 1900 nəfərin öldürüldüyünü deyir.
XS
SM
MD
LG