Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

Slovakiya Avropa Sabitlik Fondunun genişləndirilməsini təsdiqləyəcək


Slovakiya parlamenti həftənin sonunadək Avropa Sabitlik Fondunun genişləndirilməsinə səs verəcək.

Bunu parlamentdəki müxalifətin lideri Robert Fitso deyib.

Hakim kolaisiyaya daxil olan partiyalardan biri çərşənbə axşamı bu planı qəbul etmədiyinə görə hokumət istefaya getməli oldu.

Siyasi partiyalar arasında əldə olunmuş razılaşmanın şərtlərinə görə, 2012-ci ilin martında ölkədə vaxtındanəvvəl parlament seçkisi keçiriləcək.

Slovakiya avro zonasında Avropa Sabitlik Fondunun genişləndirilməsini ratifikasiya etməyən sonuncu ölkədir.
XS
SM
MD
LG