Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Səudiyyə Ərəbistan bəyanat yayıb


Səudiyyə Ərəbistan öz təhlükəsizliyi ilə bağlı narahatçılığı aradan qaldırmaq və öz vətəndaşlarının qiyamçılara təhrikinin qarşısını almaq üçün qəti tədbirlər görmək niyyətindədir.

Bu barədə Səudiyyə Ərəbistan rəhbərliyinin bəyanatında deyilir. Bu bəyanat dünən Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə sui-qəsd hazırlanması ilə bağlı məsələnin üstü açılandan sonraya təsadüf edir.

Bəyanatda o da deyilir ki, Səudiyyə Ərəbistan bu məsələ ilə bağlı ABŞ-la məsləhətləşmələrini davam etdirəcək.

ABŞ iddia edir ki, hadisəni İran əsilli iki şəxs törətmək istəyib.

İran isə bu iddiaları rədd edir.
XS
SM
MD
LG