Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:26

13 oktyabr: Mətbuat icmalı


Foto: Arxiv
Foto: Arxiv
«Azərbaycan» qəzetindəki «ƏHALİNİN YÜKSƏK SOSİAL TƏMİNATININ AZƏRBAYCAN MODELİ» sərlövhəli yazıda Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdən, son illər insanların sosial vəziyyətinin necə yaxşılaşmasından bəhs edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov yazır:

«Ümumiyyətlə, insan inkişafı indeksinin ortaillik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olub. Cari ilin noyabr ayında açıqlanmış və Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkə kimi çıxış edir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir…».

«Bizim yol» qəzeti 2012-ci il dövlət büdcəsinin investisiya xərclərindən yazır. Məqalədə deyilir ki, «YOL-KEÇİD TİKİNTİSİNƏ DAHA 2.7 MİLYARD MANAT AYRILIB. Ümumi dövlət investisiya xərcləri 7 milyard 246 milyon manat təşkil edəcək…

Təhsil və elm sahəsinə 214 milyon, səhiyyə sahəsinə 195 milyon, mədəniyyət və turizm sahəsinə 255.4, kənd təsərrüfatı sektoruna isə 32 milyon vəsait xərclənəcəyi proqnozlaşdırılır. 2012-ci ildə dövlət büdcəsində müdafiə xərcləri təxminən 2 milyard dollara çatacaq…».

«Yeni Müsavat» qəzeti isə yazır ki, «İDARƏLƏRDƏ «MÜSTƏQİLLİK GÜNÜ» PULU YIĞILIR».

«Büdcədən maliyyələşən bütün idarə və təşkilatlarda çalışanlardan qeyri-qanuni pul yığılmasına başlanılıb. Bu yığıma çox qəribə, vətənpərvər əsas da tapıblar. Büdcə təşkilatlarının rəhbərləri öz işçilərinə deyiblər ki, pul yığımı dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlıdır və bu göstəriş də onlara «lap yuxarı»dan gəlib, etiraz ola bilməz…».

«Azadlıq» qəzetindəki «100 FAİZ OLAN BİR ŞEY 500 FAİZ NECƏ AZALA BİLƏR?» başlıqlı yazıda prezident İlham Əliyevin Bakıda keçirilən Humanitar Forumda səsləndirdiyi fikrə münasibət bildirilir:

«İlham Əliyev Bakıda keçirilən Humanitar Forumda söylədi ki, «yoxsulluq şəraitində yaşayanların sayı son 7 ildə Azərbaycanda 5 dəfə, yəni 500 faiz aşağı düşüb.

Görün şişirtmələrə başlar necə qarışıbsa 5 dəfə azalma 500 faiz kimi qələmə verilir. Axı 5 dəfə azalma necə 500 faiz ola bilər. Tutaq ki, 100 idi. 5 dəfə azaldı oldu 20. Deməli 80 faiz azaldı. Hətta 500 dəfə azalsaydı belə, yenə də 50 faiz azalma ola bilməz. Bu halda 99.8 faiz azalma olacaq…».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG