Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Muammar Qaddafinin saxlanması xəbəri təsdiq olunmadı


Liviyada Devrilmiş diktator Muammar Qaddafinin oğullarından biri - Mutassim Qaddafinin ələ keçirilməsi ilə bağlı məlumatlar təsdiqini tapmır.

Bundan öncə BBC və France Presse agentliyi yerli rəhbərliyə istinadən Milli Keçid Şurasının hərbçilərinin Mutassim Qaddafini saxlaması ilə bağlı məlumat yaymışdı.

Milli Keçid Şurası daha sonra məlumat yayıb ki, Sirtdə Mutassim Qaddafinin bir neçə yaxınlarını ələ keçirsələr də, onun özünü tutmaq mümkün olmayıb.

1975-ci il təvəllüdlü Mutassim milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışırdı.

Milli Keçid Şurasının rəhbəri Mustafa Abdul Jalil deyib ki, ölkənin Qaddafi tərəfdarlarından tam təmizlənməsi bir həftəyə başa çatdırılacaq. Onun dediyinə görə, Liviyanın yeni hökumətinin tam təşkili üçün isə bir ay vaxta ehtiyac var.
XS
SM
MD
LG