Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

“Ölüm taciri” məhkəməyə çıxarıldı





Ona Amerikada “Ölüm taciri” deyirlər.
Onun 44 yaşı var. Rusiya ordusunun keçmiş zabitidir.

ABŞ keçmiş zabit və hazırda iş adamı olan Viktor Boutu FARCa, yəni Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri adlanan təşkilata yer-hava növlü raketlər və başqa silahlar satmaqda ittiham edir.

FARC Amerikanın terrorçu təşkilatlar siyahısındadır.

Boutun satdığı güman olunan silah isə FARCA Amerikanın narkotik əleyhinə xüsusi qüvvələri ilə mübarizə üçün lazımdır.

Nyu Yorkda başlanan məhkəmədə Bouta qarşı irəli sürülən digər ittihamlar amerikalıları öldürmək cəhdlərində iştirak, Amerikanın silah embarqosu qadağasını pozmaqdır.
Bout bu ittihamları rədd edir.

Bout 2008-ci ildə Tailnadda həbs olunub. O vaxt Amerikanın Narkotiklərlə Mübarizə Agentliyinin əməkdaşları Boutla əlaqə quraraq özlərini Kolumbiyanın FARC təşkilatının nümayəndələri kimi təqdim etmişdilər və Boutdan onlara yer-hava növlü raket satmağı istəmişdilər.

Buna razılıq verdiyi bildirilən Bout Tailandda həbs olundu. ABŞ Boutun verilməsini istəsə də, bunun qanuni tərəfləri ətrafında mübahisə iki ilədək çəkdi və nəhayət 2010-cu ilin noybarında Bout Amerikaya gətirildi.

Moskva indiyədək Tailandı və ABŞ-ı beynəlxalq qanunları pozmaqda ittiham edir.

Bout ətrafında baş verənlər medianın həmişə diqqət mərkəzindədir.
İndiki məhkəməyə də ictimai maraq o qədər böyükdür ki, Nyu Yorkda məhkəmə zalına heç də hamı düşə bilməyib. Zala reportyorlar da buraxılmayıb.


SÜBUTLAR, DƏLİLLƏR

Boutun həyatından “Ölüm taciri” adlı kitabın həmmüəllifi Douglas Farah deyir ki, prokurorların əlində olan sübut Boutun gizli yazılmış səsidir. Bout söhbətdə deyir ki, amerikalıları öldürmək əzmindədir.

“Fakt odur ki, o, terrorçu təşkilata silah vermək istəyini və amerikalılara harda olurlar-olsunlar, ziyan vurmaq istəyini bildirib”.

Farahın fikrincə, Boutun məhkum olunacağının ehtimalı böyükdür, hərçənd məhkəmədən qabaqki dinləmlərdə prokurorluq üçün geriləmələr oldu. Hakim
Hesab etdi ki, Bouta qarşı bəzi dəlillər məhkəməyə çıxarılası deyil.

Farah: “Prokurorun məhkəməyə təqdim etmək istədiklərinin böyük hissəsı qüvvədə qalır. Bunlar Tailandda Boutla görüşlər və söhbətlərdir, e-maillərdir. Səsli göndərişlərdir. Bunlarda Bout deyir ki, FARCa çoxlu silah verə bilər. ”

MÜDAFİƏ TƏRƏFİNİN DƏLİLLƏRİ

Boutun vəkilləri nə deyirlər?

Vəkillər bildirirlər ki, Bout heç vaxt silah satmayıb.
Düzdür, onun yük təyyarələri var. Bu təyyarələrlə silah daşımaq mümkündürsə, bu hələ o demək deyil ki, Bout silah daşımaq istəyib.

Boutun xanımı və qızı məhkəmənin birinci günü məhkəmə zalında idilər. Onların yanında Rusiya konsulluğunun nümayəndələri oturmuşdular.

Boutun xanımı Alla Amerika rəsmilərini ittiham edir ki, onun ərinə qarşı ədalətsiz mövqe tuturlar. O, məhkəmənin də ədalətli olacağına inanmadığını deyir.

HAKİM MƏHKƏMƏNİ KƏNAR TƏSİRDƏN QORUYUR

Hakim qeyri-adi gediş edib. O, andlılar jurisinin qərarının ədalətli olmasını təmin etmək üçün onların hər birindən öhdəlik alacaq ki, onlar Bout haqda İnternetdən və ya başqa mənbədən heç bir məlumat almayacaqlar. Yəni onlar yalnız məhkəmədə eşitdikləri, öyrəndikləri əsasında qərar verəcəklər.

Bout haqda məlumat isə çoxdur. Bout haqda hətta Hollivud da film çəkib. Bu film çoxlarına tanışdır- baş rolda Nikolas Gage oynayır. Filmin adı belədir “Lord of war”.

Farah deyir: “Jurinin seçilməsi sistemi yaxşı işləyir. Məncə, hakimin tam haqqı var ki, juri üzvlərindən tələb etsin ki, kənardan məlumat almasınlar. Mənim fikrimcə, ədalətli məhkəmə olacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG