Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

200 məktəb direktoru işdən azad olunub


Foto: Arxiv
Foto: Arxiv
«Azərbaycanın rayonlarında ümumilikdə 300 nəfər yaşı 65-dən yuxarı olan məktəb direktorları var idi. Bakıda isə belə direktorların sayı 32 nəfərdir».

Bunu «APA»nın sualına cavab olaraq Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov bildirib.

F. Qədirov deyib ki, rayonlarda 200 nəfərədək məktəb direktoru yaş senzi ilə əlaqədar işdən azad olunsa da, Bakıda bu məsələ öz həllini tapmayıb:

«Çünki dərslər başlayıb və bu məsələyə bir az dəqiq yanaşmaz lazımıdır. Bu məsələ tədricən həll olunacaq».

ELMİ DƏRƏCƏSİ OLAN, YAŞI 70-DƏN YUXARI MÜƏLLİMLƏR ÜÇÜN MEYARLAR HAZIRLANIR

«Azərbaycanın orta məktəblərində elmi dərəcəyə və fəxri adlara malik olan, yaşı 70-dən yuxarı müəllimlərin fəaliyyətini davam etdirməsi üçün meyarlar hazırlanır».

Bunu da Fərzəli Qədirov bildirib. O deyib ki, nazirlik bu təklifləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib:

«Hazırda Nazirlər Kabinetində məsələyə baxılır və bu barədə qərar veriləcək».
XS
SM
MD
LG