Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

İlham Əliyev Avstriyalı həmkarı ilə görüşüb


Bu gün Azərbaycana səfərə gələn Avstriya prezidenti Heinz Fischerin rəsmi qarşılanma mərasimi olub. O, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb.

Heinz Fischer Azərbaycana ilk dəfədir gəlir. O, burda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlər, ticarət, mədəni enerji təhlükəsizliyi, regional məsələlərdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Avstriya prezidentini iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir. Səfər vaxtı Azərbaycan-Avstriya İqtisadi Forumu keçiriləcək.

Heinz Fischerin Azərbaycana səfəri oktyabrın 12-də başa çatacaq. Azərbaycandan sonra o Türkmənistana gedəcək.
XS
SM
MD
LG