Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:39

Azərbaycanın adı vərəmin geniş yayıldığı ölkələr siyahısından çıxarılıb


Foto: Arxiv
Foto: Arxiv
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vərəmin yayılmasına dair növbəti hesabatını açıqlayıb.

Vərəmə yoluxan və bu xəstəlikdən ölənlərin sayı son 10 ildə ilk dəfə azalıb. 2003-cü ildə vərəmdən 1.8 milyon insan ölübsə, 2010-cu ildə bu rəqəm 1.4 milyona kimi enib.

Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, müalicəyə müqavimətli vərəm növünün ölkədə təqribi artımı ötən illərlə müqayisədə bir qədər enərək 22 % təşkil edib. Dərmanlar bəzən effekt vermir, vərəmə yoluxanların 56 faizi yenidən müalicə olunmaq zərurəti ilə üzləşir.

Hesabata əsasən, ötən il Azərbaycanda 1700 nəfər müalicəyə müqavimətli vərəm növünün daşıyıcı olub. Ölkədə vərəmlə mübarizəyə isə dövlət səviyyəsində ayrılan vəsait artıb.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Azərbaycan vərəmin geniş yayıldığı 22 ölkə sırasına daxil edilməyib. ÜST-ə görə, hazırda dünyada bu sahədə ən pis vəziyyət Əfqanıstan, Banqladeş, Keniya, Tailanddadır. /apa/
XS
SM
MD
LG