Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:30

ATƏT cəbhə bölgəsində monitorinq keçirəcək


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 13-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Antal Herdiç və Uilyam Praroy keçirəcəklər.
XS
SM
MD
LG