Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 03:09

Hərbi maşın aşıb, ölən var

Oktyabrın 11-də Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil qəzaya uğrayıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin Lent.az-a verdiyi məlumata görə, qəza nəticəsində hərbiçiləri daşıyan maşın dağdan aşıb. Nəticədə əsgər Ağamirzə Mirzəyev ölüb. Hacıqabul rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan hərbi qulluqçu hadisə yerində həlak olub. Xəsarət alan 9 əsgərin vəziyyəti isə normaldır.
This item is part of
XS
SM
MD
LG