Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkoya Kiyevin Pechersk məhkəməsi 7 il həbs cəzası verib.
Hakim deyib ki, Yulia Timoşenko 2009-cu ildə Ukrayna və Rusiya arasında qaz müqaviləsi imzalanan zaman səlahiyyət həddini aşıb. O deyib ki, Timoşenkonun bu məsələdə oynadığı rol nəticəsində Ukraynanın “Naftoqaz” şirkəti 190 milyon dollar itirib.
İttihamçılar sabiq baş nazirə 7 illik həbs cəzası istəyiblər.
Timoşenko ittihamı rədd edir, həbsini siyasi fəaliyyəti və hakimiyyətə müxalifliyi ilə əlaqələndirir. Yulia Timoşenko 2004-cü ildə “Narıncı İnqilab”ın liderlərindən biri olub. Həmin vaxt Mərkəzi Seçki Komissiyası Yanukoviçi prezident elan etmişdi, amma sonradan yeni seçki keçirildi.
Hazırda Timoşenkonun minlərlə tərəfdarı Kiyevdə məhkəmənin qarşısına yığılıb. Məhkəmə qarşısında polis qüvvələri də gətirilib.
ABŞ və AB Ukraynada müxalifət liderlərinə qarşı məhkəmə proseslərindən narahatlığını bildirib.