Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

Avstriya prezidenti Azərbaycana gəlir


Avstriya prezidenti Heinz Fischerin Azərbaycana səfəri başlayıb. Bu barədə Avstriyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, prezident Fischer Azərbaycana ilk dəfədir gəlir və səfər iki gün çəkəcək.

Səfirlikdən verilən məlumata görə, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr, mədəniyyət, energetika, Avropa Birliyi və qonşu ölkələr arasındakı münasibətlər muzakirə mövzusu olacaq.

Səfər müddətində Azərbaycan-Avstriya iqtisadi forumu keçiriləcək.

Prezident Heinz Fischerin azərbaycanlı həmkarı İlham Əliyev, baş nazir Artur Rasizadə və spiker Oqtay Əsədovla görüşü gözlənir. Bakl səfərindən sonra cənab Fischerin Türkmənistana səfər edəcəyi bildirilir.
XS
SM
MD
LG