Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanın AŞPA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib.
Çavuşoğlu Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu Forumun multikulturalizmin inkişafına böyük tövhə verəcəyinə əminliyini bildirib. O, mədəniyyətlərarası dialoqun aparılmasında Azərbaycanın rolunun AŞPA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.