Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:02

Avropa Birliyi daha 4 müxalifətçinin həbsini pisləyir


Avropa Birliyinin Xarici Siyasət rəsmisi Catherine Ashton Azərbaycanda sərbəst toplaşmaq hüququndan yararlanmaq istərkən tutulan daha 4 nəfərin həbsindən narahatlığını bildirib.

Eshtonun sözçüsünün yaydığı bəyanatda 2 aprel aksiyasında iştiraka görə tutulanların 6 nəfərlik qrupunun həbsiylə bağıə 26 avqustda verilən oxşar bəyanat xatırladılı. Bildirilir ki, bu həbslər Azərbaycanın çoxfikirli demokratiya yolunda irəliləmək cəhdləriylə səsləşmir və həyacanverici siqnaldı.

Ehston Azərbaycan ədliyyə sistemini şəffaf, ədalətli və faktlara əsaslanan məhkəmə baxışını təmin etməyə çağırır və müstəqil hüquqşünaslara təzyiqlərdən də narahat olduğunu ifadə edir.

Və sonda bildirilir ki, Avropa Birliyi nümayəndələrinə bu sahədə hadisələrin inkişafını diqqətlə izləmək və Azərbaycanın demokratiya və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan əməkdaşlığ etmək tapşırığı verilib.
XS
SM
MD
LG