Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 02:43

Suriyada son bir sutkada 30 adam ölüb

Suriyada son bir sutkada 30 adam ölüb. Hüquq müdafiəçilərinin məlumatına görə, ölənlərin yarısı hərbçilər və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Qanlı qarşıdurmalar prezident Bashar Assad tərəfdarları və əleyhdarları olan hərbçilər arasında olub.

Homs şəhərində hərbçilərin bir hissəsi prezidentin əleyhdarlarının tərəfinə keçib. Yerli müxalifət nümayəndələrinin məlumatına görə, şəhərdə baş verənlər müharibəni xatırladır. Hər iki tərəf ağır silahlardan istifadə edir. Qarşıdurmalar İdlib əyalətində də baş verib.

BMT-nin məlumatına görə, Bashar Assad əleyhinə mart ayından başlayan qarşıdurmalar nəticəsində 3 minə yaxın adam həlak olub.
This item is part of
XS
SM
MD
LG