Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:08

Misirdə baş verən qarşıdurmada azı 24 adam ölüb


Bazar günü Qahirədə xristian koptlarla polislər arasında baş verən qarşıdurma nəticəsində azı 24 adam ölüb, 200-dən artıq adam yaralanıb.

Minlərlə xristian kopt dövlət televiziyasının binası qarşısına yığışaraq Asuan əyalətindəki kilsəyə hücuma etiraz ediblər.

Etirazçılar polisə daş və yandırıcı butulkalar atıblar. Bir neçə maşını yandırıblar. Asuan əyalətinin qubernatoru Mustafa al-Saidin şəklini yandırıblar. Qubernator Marinap kəndindəki kilsənin qanunsuz tikildiyini bildiribmiş. Etirazçılar onun istefa verməsini, kilsənin isə bərpa olunmasını tələb ediblər.

Xristian koptlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.
XS
SM
MD
LG