Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

"Oxu zalının seçimi" seriyasından Feyziyyənin şeir kitabının təqdimatı keçirildi (FOTOLAR)


Bakıda - "Əli və Nino" kitab evinin qarşısında gənc yazar Feyziyyənin "Mesaj" adlanan şeir kitabının təqdimat mərasimi keçirildi.

Bu - "Oxu zalının seçimi" seriyasında çap edilən ilk kitabdır.

Xalq şairi Vaqif Səmədoğlu Feyziyyənin yaradıcılığına dəyər verərək deyib ki, istedadlı gənc yazarların varlığı Azərbaycan ədəbiyyatının geriləməsi, ölməsi haqda fikirləri alt-üst edir.

Feyziyyənin şeirləri ilə ilk dəfə Facebook-da tanış olduğunu deyən V.Səmədoğlu sosial şəbəkələrdə çoxlu şeir yazanlarla yanaşı az sayda şairlərin də olduğunu söyləyib. "Feyziyyə şeir yazan yox, məhz şairdir".

Feyziyyə - Azərbaycan Yazıçılar Birlyinin gənc üzvlərinin cəmləşdiyi - Gənc
Ədiblər Birliyində təmsil olunur.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid "Oxu zalı"na başladığı kitab seriyasına uğurlar arzuladı və Feyziyyənin seriyada ilk çap olunmağa layiq olduğunu dedi.

Tənqidçi Əsəd Cahangir isə Feyziyyənin şeirlərində cəsarəti xüsusi qiymətləndirib, yeni kitabdan - əsərilikdə olan qadın obrazının yaradıldığı şeiri səsləndirib:

Təqdimat mərasimində yazar Səlim Babullaoğlu, tənqidçi Cavanşir Yusifli, Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində Feyziyyənin müəllimi olmuş şair Salam Sarvan, bundan başqa publisist İradə Tuncay da çıxış edərək gənc şairəyə yaradıcılığında uğurlar arzu etdilər.

"525-ci qəzet"in redaktor müavini Seyfəddin Hüseynli isə bildirdi ki, yaradıcılıqlarının ilkin dövrü olduğu üçün gənc yazarların öz üslublarını, dəst- xətlərini formalaşdırmaları çətin prosesdir.

"Amma Feyziyyə buna nail olub. Onun şeirlərinin artıq ilk misralarından özünəməxsus stili diqqəti çəkir".

Gənc yazar təqdimat mərasiminin sonunda "Mesaj" adlanan yeni kitabını qələm dostları və oxucuları üçün imzaladı.

"Oxu zalının seçimi" seriyasında oxuzalı.az saytında mütəmadi çap edilən yazarların şeir, hekayə toplularının, romanlarının çapı mümkündür.

VİDEO - ŞEİRİ FEYZİYYƏNİN ÖZ İFASINDA
Gördünmü, dost...








AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG