Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:01

Suriya müxalifətin yaratdığı milli şuranı tanıyacaq ölkələri hədələyib

Suriya müxalifətinin yaratdığı milli şuranı tanıyan istənilən ölkəyə qarşılıqlı cavab veriləcək.

Bunu bazar günü Suriyanın xarici işlər naziri Valid al Muallem bəyan edib.

O həmçinin Suriya kürdlərinin lideri Meshaal al Tammonun qətliylə bağlı Türkiyənin tənqidlərini rədd edib.

Meshaal al Tammo cümə günü Qamışlı şəhərindəki evində naməlum silahlı adamlar tərəfindən qətlə yetirilib.

Dünən onun dəfn məraisimi prezident Bashar al Assadın istefası tələbilə çoxminlik nümayişə çevrilib.
This item is part of
XS
SM
MD
LG