Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 05:26

Misirdə seçki qanununa düzəliş edilib

Misirin ali hərbi şurası seçki haqqında qanuna düzəliş edib.

Düzəlişdən sonra bundan əvvəl parlamentdə müstəqil namizədlər üçün nəzərdə tutulumuş yerlər uğrunda siyasi partiyaların nümayəndələri də mübarizə apara biləcək.

Bunu müxalifətdə olan siyasi partiya və hərəkatlar tələb edirdi.

Əks halda onlar seçkini baykotla hədələyirdilər.

3 mərhələdə keçiriləcək parlament seçkiləri noyabrın 28-də başlanacaq.

Hazırda ölkəni idarə edən ali hərbi şura prezident seçkisindən sonra hakimiyyəti mülki qurumlara verməlidir.

Prezident seçkisinin vaxtə hələ ki, təyin edilməyib.
This item is part of
XS
SM
MD
LG