Suriyanın şimal-şərqindəki əl Qamışlı şəhərində dünən öldürülmüş 5 kürdün dəfn mərasimi keçirilib.
Onlar şənbə günü liderləri Meshaal al Tammonun dəfni zamanı təhlükəsizlik qüvvələrilə baş vermiş toqquşma zamanı öldürülüblər.
Prezident Bashar Assadin istefası tələbilə nümayişə çevrilmiş mərasimdə 50 minə yaxın adam iştirak edib.
Al Tammo cümə günü evində naməlum adamlar tərəfindən güllələnib.
Onun qətli bir sıra Avropa ölkələrində etiraz aksiyalarına səbəb olub.
Berlində 30-a yaxın aksiyaçı Suriya səfirliyinə soxulub.
Polis gəldikdən sonra aksiyaçılar dağılışıb,xəsarət alan olmayıb.
İsveçin paytaxtı Stokholmda isə Suriya müxtəlifətinin görüşü olub.
Görüşdə prezident Bashar Assada qarşı mübarizədə səylərin birləşdirilməsi müzakirə olunub.
Görüşdə bu yaxınlarda yaradılmış Suriya Milli Şurasının sədri, habelə Suriyadan olan müxalifətçilər də iştirak ediblər.