Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Polşada parlament seçkiləri keçirilir


Seçkilərdə iştirak edən vətəndaş
Seçkilərdə iştirak edən vətəndaş
İctimai rəy sorğularının nəticələrinə görə, hakim «Vətəndaş Platforması» və müxalifətdə olan «Qanun və Ədalət» partiyaları başda olmaqla parlamentə 5 partiya düşə bilər.

«Vətəndaş Platforması» ilə «Qanun və Ədalət» partiyasının şansı daha çoxdur.

Bu partiyaların ayrılıqda 30 faizə yaxın səs toplayacaqları gözlənilir.

Hər 10 poşalıdan biri isə keçmiş kommunistlərə səs verəcəklərini bildiriblər.

Şərhçilər hesab edirlər ki, seçki Polşanın gələcəkdə Rusiya və ya Almaniya meyilli olmasını təyin edəcək.

«Qanun və Ədalət» partiyasının sədri Jaroslaw Kaczynski son vaxtlar Almaniya əleyhinə şərhlər verib.

Eyni zamanda baş nazir Donald Tusk Rusiya ilə ələqələrin yaxşılaşdırılmasına can atır.
XS
SM
MD
LG