Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 21:45

Suriyada kürd liderinin dəfni istefa tələbilə nümayişə çevrilib

Suriyada cümə günü öldürülmüş kürd müxalifətinin lideri Meshaal al-Tammonun dəfn mərasimi prezident Bashar Assadın istefası tələbilə nümayişə keçirilib.

Təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı, azı 2 nəfərin öldüyü xəbər verilir. Mərasimdə 10 minlərlə adam iştirak edib.

4 nəfər naməlum silahlı adam cümə günü Meşalın əl Qamışlı şəhərindəki evinə soxularaq onu güllələyiblər.

Avropa Şurası qətli ittiham edib.

Suriya əhalisinin 10 faizini kürdlər təşkil edir və onlar prezident Bashar Assadın istefası tələbilə ölkədə keçirilən nümayişləri dəstəkləyirlər.
This item is part of
XS
SM
MD
LG