Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:50

"Beatles"in keçmiş üzvü Paul McCartney evlənir


“The Beatles” qrupunun keçmiş üzvü Pol Makkartni (Paul McCartney )amerikalı Nensi Şevellə (Nancy Shevell ) evlənir.

Londonda keçiriləcək yığcam toya cəmi 30 nəfər dəvət olunub.

Bundan sonra isə Makkartninin şəhərin St John’s Wood rayonundakı evində qəbul olacaq.

O toy barədə sentyabrın 16-da məlumat vermişdi.

Britaniya qanunlarına görə, kəbin bundan ən azı 2 həftə sonra gəsilə bilər.

Adətən bazar günləri Britaniyada kəbin kəsilmir.

Amma bu Makkartniyə istisna edilib.

Makartni 3-cü dəfədir evlənir.

Onun birinci xanımı Linda McCartney 1998-ci ildə ABŞ-da xərçəng xəstəliyindən vəfat edib.

Paul McCartney 2002-ci ildə keçmiş model Hizer Millslə ailə həyatı qursa da 2008-cı ildə qalmaqalla boşanmalı oldu.
XS
SM
MD
LG