Keçid linkləri

2025, 31 May, şənbə, Bakı vaxtı 15:48

M. Bryza Səfər Əbiyevə ABŞ-ın planlarını çatdırıb


Foto: Arxiv
Foto: Arxiv
«Təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı artıq yetərincə dərindir və getdikcə möhkəmlənir».

Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza bildirib.

Bryza deyib ki, Xəzər dənizində enerji infrastrukturunun mühafizəsi planlarını Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevlə müzakirə edib:

«Ona Azərbaycanın bir sıra yüksəkçinli rəsmisinin enerji infrastrukturu məsələlərini öyrənmək üçün ABŞ-a oktyabrın 10-da baş tutacaq səfərinin bəzi detallarını təqdim etdim».

Azərbaycan nümayəndə heyətinin tərkibinə Xarici İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Hərbi Dəniz Qüvvələrinin nümayəndələri daxildir.

Nümayəndə heyəti dörd ştatda olacaq. Səfər mühüm enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi proqramı çərçivəsində həyata keçirilir. /Trend/
XS
SM
MD
LG