Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Liviyanın Sirt şhəri uğrunda ağır döyüş gedir


Liviyadaki müvəqqəti milli şuranın birləşmələri Qaddafinin doğma şəhəri Sirtdə iri hərbi əməliyyat aparıb.

Yeni hakimiyyətin məlumatına görə hazırda şəhərin böyük hissəsi onların nəzarətindədir.

Cümə günü keçirilmiş əməliyyatda tank və artileriyadan istifadə edilib.

Əl-Cəzirə televiziyası müvvəqqəti milli şuranın azı 10 itki verdiyini xəbər verir.

Müvəqqəti Milli Şura şəhərin ələ keçirilməsinin Qaddafi qüvvələri üzərində yekun
qələbə elan edilməsi və yeni seçkilərin təyin edilməsində vacib amil olduğunu deyir.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, Vaşinqton yeni Liviya rəhbərliyinin bunu düzgün vaxtda elan edəcəyinə əmindir.
XS
SM
MD
LG