Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 14:30

Sarkozy Gürcüstanın sərhədlərini müdafiə edir



Fransa prezidenti Nicolas Sarkozy oktyabrın 7-də Tbilisidə səfərdə olarkən Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdiyini bir daha səsləndirib.

2008-ci ildə Gürcüstanla Rusiya arasında beş günlük müharibədən sonra Moskva Gürcüstanın iki sepratçı bölgəsini – Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Həmin müharibə zamanı da sülh razılaşması Sarkozy-nin vasitəçiliyi ilə imzalanmışdı.

Oktyabrın 7-də Tbilisidə Azadlıq Meydanında toplaşan əhali qarşısında çıxışında Sarkozy deyib: “Fransa Rusiyanı özünün dostu və strateji tərəfdaşı hesab edir.Amma etibarı zədələmək, qorxutma, təhdidlər, qeyri-sabitlik yaratmaq cəhdləri də qətiyyən yolverilməzdir.”

Fransa prezidenti həmçinin Rusiyanı 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

Tbilisi Moskvanı ittiham edir ki, atəşkəs razılaşmasına uyğun olaraq qoşunlarını münaqişədən əvvəlki mövqelərinə qaytarmır. əvvəlki mövqelərinə qaytarmır.
XS
SM
MD
LG