Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

Fransa prezidentinin Cənubi Qafqaz səfəri


Fransa prezidenti Nicolas Sarkozy Tbilisinin Azadlıq Meydanında.
Fransa prezidenti Nicolas Sarkozy Tbilisinin Azadlıq Meydanında.
Fransanın Türkiyəyə tarix dərsi keçmək, yada tarixiylə üzləşməyə çağırmağa haqqı yoxdur. Türkiyə Xarici İşlər Naziri Ahmet Davutoglu mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, ondansa Fransa öz müstəmləkə keçmişini yada salsın.

Türkiyənin başqa bir naziri – Avropa İşləri naziri Egemen Bagis isə Sarajevoda bildirib ki, Sarkozy Türkiyəyə dərs keçməkdənsə öz ölkəsini iqtisadi böhrandan çıxarmağın yollarını axtarsın.

Cənubi Qafqaz ölkələrinə səfərə gələn Fransa Prezidenti Nicolas Sarkozy hələ oktyabrın 6-da, Yerevana səfərinin ilk günündə bildirmişdi ki, Türkiyə gərək öz tarixiylə üzləşməkdən çəkinməsin, əsrin əvvəlində erməni genosidi törətdiyini etiraf eləsin. Və bunu inkar etməsi qəbuledilməzdir.

"Əgər Türkiyə öz tarixini gözdən keçirsə və olanl hər şeyə diqqətlə baxsa günosidi tanıması üçün yetərli olacaq. Əgər Türkiyə belə eləməsə, bu məsələdə şübhəsiz ki, daha uzağa getmək lazım olacaq".

Oktyabrın 7-də isə Sarkozy uzağa getmək deyəndə nəyi nəzərdə tutduğunu açıqlayıb. Və bildirib ki, söhbət erməni genosidini inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbulundan gedir.

Ancaq Sakorzy dərhal əlavə edib ki, bu məsələdə kiməsə ultimatum vermək Fransanın işi deyil.

Fransa İsveçrə və Rusiya ilə birlikdə erməni genosidi iddialarını tanıyan ölkələrdəndir. Ancaq daha öncə Fransa parlamenti Sarkozynyn genosid iddialarını inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsini rədd eləmişdi.

Yerevanda “erməni genosidi qurbanlarına qoyulan” abidəni ziyarət edən Sarkozynin məsələyə münasibətini Ermənistanlı həmkarı Serzh Sarkisian yüksək qiymətnlədirib.

"Biz Fransaya genosidi tanıyan və erməni xalqının əsrin əvvəlində üzləşdiyi faciəni pisləyən qanunu qəbul elədiyi üçün çox minnətdarıq".

Fransa prezidenti Sarkozy 2 saatlıq Azərbaycan səfərinin ardından Gürcüstana yollanıb və burada qəhrəman kimi qarşılanıb.

Sarkozy Azərbaycan və Ermənistanda olduğu kimi, Gürcüstanda da Qafqazda sülh və sabitliyin təmin olunmasının vacibliyindən danışıb.

Tbilisinin Azadlıq Meydanında mitinqdə çıxış edən Sarkozy Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bird aha vurğulayıb və Rusiyanı 2008-ci ildə imzalanan atəşkəs sazişinə tam əməl etməyə çağırıb. Sarkozi bildirib ki, Rusiya sazişə uyğun olaraq qoşunlarını işğal olunmuş Abxaziya və Cənubi Oaetiya regionlarından çıxarmalıdır.

2008-ci ildə Rusiya-Gürcstan savaşından sonra atəşkəs sazişinin imzalanmasında vasitəçilik edən Fransa prezidenti hər zaman Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyəkcəklərini deyib.

Və Risyanı apardığı siyasət üzündən tənqid edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG